|
Azerbaycan
|
Yanvarda Ceyhan limanından dünya bazarlarına təqribən 2,5 milyon ton Azərbaycan nefti çıxarılmışdır |
Bakı, 9 fevral (AzərTAc). ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yanvar ayında Ceyhan limanından dünya bazarlarına 2 milyon 455 min 988 ton Azərbaycan nefti çıxarılmışdır (Bu həcmin 1 milyon 900 min 463 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Cari ilin yanvar-noyabr aylarında bu göstərici 29 milyon 896 min 647 ton olmuşdur.
Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri istismara veriləndən bu il fevralın 1-dək Ceyhan limanından dünya bazarlarına 176 milyon 474 min 16 ton Azərbaycan nefti yola salınmışdır. |
|
|
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlamışdır |
Bakı, 9 fevral (AzərTAc). Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlamışdır. AzərTAc xəbər verir ki, Fransada keçirilən "Böyük Dəbilqə" turnirində medal qazana bilməyən idmançılarımızdan yalnız Tərlan Kərimov (66 kq) irəliləmişdir. Digər cüdoçularımız İlqar Müşkiyev (60 kq), Elnur Məmmədli (81 kq), Elxan Rəcəbli (81 kq) və Elmar Qasımovun (100 kq) mövqeyi isə dəyişməz qalmışdır. Onlar yenə müvafiq olaraq 11-ci, 3-cü, 26-cı və 37-ci yerləri tuturlar. İdmançılarımız Elxan Məmmədov (90 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) isə 1 pillə geriləmişlər. Qeyd edək ki, reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaqlar.
|
|
"Exxon Mobil" şirkətinin menecerləri üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqdimatı keçirilmişdir |
Bakı, 9 fevral (AzərTAc). Xəbər verildiyi kimi, ötən ilin noyabrında "Exxon Mobil Central Europe Holding GmbH" şirkəti ilə imzalanan müqaviləyə əsasən, ARDNŞ bu şirkətin İsveçrə filialı olan "Esso Schweiz GmbH" şirkətinin səhmlərini almışdı.
Hazırda şirkətin "Exxon Mobil"dən ARDNŞ-ə keçməsi ilə əlaqədar hazırlıq işləri aparılır. Həmin tədbirlər çərçivəsində bu günlərdə İsveçrənin Sürix şəhərində "Exxon Mobil" şirkətinin menecerləri üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqdimatı keçirilmişdir. ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, tədbirdə çıxış edən şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın zəngin tarixi-mədəni irsi və müasir dünyadakı geosiyasi mövqeyi barədə danışmış, ölkənin neft tarixi, ARDNŞ-in yaradılması, fəaliyyət sahələri haqqında ətraflı məlumat vermişdir. Sonra məruzə ilə çıxış edən keçid dövrünün menecerləri - Zaur Qəhrəmanov və Osvald Brokerhoff əməkdaşlara keçid dövrünün aralıq nəticələri barədə məlumat vermişlər. Sonda suallar cavablandırılmışdır. Daha sonra məruzə ilə çıxış edən keçid dövrünün menecerləri - Zaur Qəhrəmanov və Osvald Brokerhoff əməkdaşlara keçid dövrünün aralıq nəticələri barədə məlumat vermişlər. |
|
Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 3,9 faiz artmışdır |
Bakı, 9 fevral (AzərTAc). 2011-ci ildə ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 149 xarici dövlətlə 36,3 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparmışlar.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, əmtəə mübadiləsinin 5,5 milyard dolları MDB üzvü dövlətləri, 30,8 milyard dolları digər ölkələrlə həyata keçirilmişdir. 2010-cu illə müqayisədə ölkə üzrə xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 3,9 faiz, o cümlədən MDB üzvü dövlətləri üzrə 22,9 faiz, digər dövlətlər üzrə isə 2,5 faiz çox olmuşdur. Xarici ticarət dövriyyəsinin 26,6 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 9,7 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 16,8 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (80,5 faizi) İtaliya, Fransa, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Almaniya, İndoneziya, İsrail, Belarus, Malayziya, Çin, Koreya Respublikası və Gürcüstan dövlətləri ilə aparılmışdır. |
|
Macarıstanın nüfuzlu HVG jurnalında AzərTAc-ın xüsusi müxbirinin məqaləsi dərc edilmişdir |
Bakı, 9 fevral (AzərTAc). Macarıstanda çıxan nüfuzlu HVG jurnalında AzərTAc-ın xüsusi müxbiri Pərvanə Qarayevanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu mövzusuna həsr olunmuş məqaləsi dərc edilmişdir. Azərbaycanlı jurnalistin materialı indi bütün Avropanı təlatümə gətirmiş bu şaxtalı günlərdə Köhnə Dünyanın təbii qazla təmin etmək probleminə həsr edilmiş geniş materialın bir hissəsidir.
Qeyd etmək lazımdır ki, HVG jurnalının redaksiyası özü belə bir material hazırlamaq barədə xahişlə AzərTAc-ın xüsusi müxbirinə müraciət etmişdir. P.Qarayeva məqaləsində Azərbaycan hökumətinin enerji ehtiyatlarının dünyadakı istehlakçılara ixrac edilməsi marşrutlarının şaxələndirilməsinə yönəlmiş uğurlu siyasətini vurğulayaraq göstərmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda beynəlxalq hüquq normaları əsasında həll edilməsə Avropanın enerji təhlükəsizliyi məsələsi tam həll edilmiş sayıla bilməz. Buna görə də Xəzər yataqlarından hasil edilən təbii qazın əsas istehlakçısı olan Avropa İttifaqı karbohidrogenlərin təhlükəsiz idxalını təmin edə bilməsi üçün Ermənistanı Dağlıq Qarabağın işğalına son qoyulmasının zəruriliyinə inandırmalıdır. |
|
|
|
|
<< Başlat < Önceki 1 2 3 4 5 6 7 8 9 10 Sonraki > Son >>
|
|
Sayfa 1 > 1465 |
|