TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



SƏMƏRQƏNDDƏ "NİZAMİ VƏ NƏVAİ: TARİXİ VƏ MƏDƏNİ ƏLAQƏLƏR" MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRMİŞDİR

Səmərqənd, 15 iyun (AzərTAc). Qədim Səmərqənddə yerləşən YUNESKO-nun Mərkəzi Asiya Araşdırmaları İnstitutu Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində "Nizami və Nəvai: tarixi və mədəni əlaqələr" mövzusunda beynəlxalq elmi konfrans keçirmişdir.
Tədbirdə Azərbaycan, Türkiyə, İran, Tacikistan və Özbəkistanın Nizami və Nəvai yaradıcılığını tədqiq edən alimləri, tədqiqitçıları iştirak etmişlər.
İnstitutun direktoru, soydaşımız Şahin Mustafayev tədbiri açaraq demişdir ki, 2010-cu il YUNESKO tərəfindən "Mədəniyyətlərin yaxınlaşması ili" elan edilmişdir. Məhz buna görə də biz bu tədbiri Şərqin iki böyük şairi və mütəfəkkiri, əsərləri ilə insanları böyük mənəvi dəyərlər ətrafında birləşdirən Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığına həsr etməyi qərara almışıq. Bu şəxsiyyətlərin böyüklüyü həm də ondadır ki, onlar sadəcə iki xalqı və iki mədəniyyəti deyil, regionda yaşayan bütün xalqların mədəniyyətlərini bir-birinə bağlayır.
Tədbirdə Nizami və onun Nəvai yaradıcılığına təsiri, Nizami və Nəvai yaradıcılığında insan amili, Nizami Gəncəvi və Əlişir Nəvai sosial mütəfəkkir kimi, Nəvainin əlyazmaları və onun yaradıcılığının Türkiyədə öyrənilməsi, Nizami Gəncəvinin əsərlərinin özbək dilinə tərcüməsi və digər mövzularda məruzələr dinlənilmişdir.
Bakı Dövlət Universitetinin müəllimi, filologiya elmləri doktoru Mehdi Kazımov "Nizaminin "Xəmsə"sinə yazılan nəzirənin öyrənilməsinin müxtəlif tərəfləri", AMEA Nizami adına Ədəbiyyat İnstitunun şöbə müdiri Şirindil Alışanov "Azərbaycan filologiyasının ictimai fikir tarixində Əlişir Nəvai irsinin öyrənilməsi" və AMEA Şərqşünaslıq İnstitunun böyük elmi işçisi Səadət Şıxıyeva "15-16-cı əsrlərdə Nəsiminin timsalında Azərbaycan -özbək ədəbi əlaqələri" mövzularındakı məruzələri maraqla qarşılanmışdır.


Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
Səmərqənd

 
  TKA 2008