TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



ALMANİYANIN ZİQEN ŞƏHƏRİNDƏ "AZƏRBAYCAN GÜNÜ" KEÇİRİLMİŞDİR
Berlin, 9 mart (AzərTAc). Almaniyanın Ziqen şəhərində Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin (ATEİB) təşkilatçılığı ilə "Azərbaycan günü" keçirilmişdir. 
Tədbiri Birliyin sədri Samir Abbasov açmış, qurumun maliyyə məsələləri üzrə əlaqələndiricisi Telman Əliyev ATEİB-in fəaliyyəti haqqında məlumat vermişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) müəllimi Elşən Bağırzadə "Almaniya-Azərbaycan iqtisadi əməkdaşlığı: mövcud durum və perspektivlər" mövzusunda məruzə ilə çıxış etmişlər. Sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Rəsmi hissədən sonra qonaqlar üçün Novruz süfrəsi təşkil edilmişdir. Tədbirə Almaniyanın Frayberq, Kiel, Köln, Düsseldorf, Berlin və digər şəhərlərində təhsil alan azərbaycanlı tələbələr qatılmışlar.
ATEİB sədri S.Abbasov və ADİU-nun müəllimi E.Bağırzadə Kölndə fəaliyyət göstərən Almaniya Gənc Türklər Ocağındakı (AGTO) "Türkiyənin Türk Dünyası ilə bağlı əməkdaşlıq və inkişaf strategiyaları" mövzusunda konfransda da iştirak etmişlər.
Tədbiri giriş sözü ilə AGTO-nun başqanı Şahin Goksu açmışdır. Sonra E.Bağırzadə konfrans iştirakçıları qarşısında məruzə ilə çıxış etmışdir.
Konfransda türk gəncliyinin və ümumilikdə türk dünyasının problemləri müzakirə olunmuş, ATEİB ilə AGTO arasında əməkdaşlıq əlaqələrinin istiqamətləri razılaşdırılmışdır.

Vüqar Seyidov
AzərTAc-ın xüsusi müxbiri
Berlin
 
  TKA 2008