TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



AZƏRBAYCANDA TENNİS ÜZRƏ BEYNƏLXALQ TURNİR DAVAM EDİR
Bakı, 15 fevral (AzərTAc). Bakı Tennis Akademiyasında "Baku Cup-2010" beynəlxalq turniri çərçivəsində "Baku Cup-1" yarışları davam edir.
Turnirin ilk günündə qüvvələrini sınayan tennisçilərdən Adrian Sikora (Slovakiya), Vladimir İvanov (Estoniya), Emmanuele Molina (İtaliya), Mixail Biryukov (Rusiya), Marko Danis (Slovakiya), Dovyads Sakinis (Litva), Matus Horeçi (Slovakiya), Ze Li (Çin), Alessandro Bega (İtaliya), Bertram Steinberger (Avstriya), Aleksandr Agafonov (Ukrayna), Vladimir Kruk (Bolqarıstan), Aleksandr Zurbin (Rusiya), Yu Çanq (Çin), Aleksey Filenkov (Rusiya) keçirdikləri görüşləri qələbə ilə başa vurmuşlar.
Azərbaycanlı tennisçilər Samir Qafarov, Asim Cəlilov və Vasif Mütəllibov keçirdikləri görüşlərdə müvafiq olaraq rəqibləri slovakiyalı M.Danisə, italyan E. Molinaya, litvalı D. Sakinisə məğlub olmuşlar.
Mübarizənin növbəti günündə keçirilmiş təsnifat yarışlarında isə Erlinq Tviet Norveç, Yu Çanq, Adrian Sikora, Aleksandr Agafonov, Ze Li, Matus Horeçi, Berterm Steinberger və Vladimir Kruk qələbə qazanmışlar.
Xatırladaq ki, fevralın 21-də yekunlaşacaq "Baku Cup-1" turnirindən sonra "Baku Cup-2"-yə start veriləcəkdir.
 
  TKA 2008